“Boşandım, xoşbəxtəm...” - FOTO

Baxış sayı:
22507

İstanbulda arvadından boşanan bir adam bəylik kostyumu geyinərək “boşandım, xoşbəxtdəm” yazılı avtomobili ilə şəhər turuna çıxıb.

“Yeni Sabah” xəbər verir ki, İstanbulda bəy kimi geyinərək avtomobilini də gəlin maşını kimi bəzəyən adamın hərəkəti insanların da təəccübünə səbəb olub. Boşanan adam ətrafdakılara bunları deyib:

“Boşandım, xoşbəxtəm. İki il mübarizə apardım. Hər şeyimi itirdim, özüm də yoruldum. Boşandığım üçün həqiqətən də sevincliyəm. Sizlərə də qismət olsun. Evləndiyim adam yalnış bir insandı. Bundan sonra evlənməyi düşünmürəm. Övladım var, amma onu da mənə göstərmirlər”.