​Borut Pahor yenidən prezident seçildi

Sloveniyanın hazırkı dövlət başçısı Borut Pahor ölkədə keçirilən növbəti prezident seçkilərində qalib gəlib.
Muxalifet.az xəbər verir ki, ilkin nəticələrə əsasən B.Pahor 56,2 faiz səs toplayıb.
Seçkilərdə 9 namizəd iştirak edib. Sloveniyada prezident 5 il müddətinə seçilir.