Boru üstünə düşdü, zərbədən ÖLDÜ

Cəlilabad rayonunda 15 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.
 
2002-ci il təvəllüdlü Səfərov Fərid evlərinin çardağında iş görərkən dəmir borulardan biri onun üzərinə aşıb. Nəticədə o, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.