​Borisenko: Rusiya ABŞ-a analoji cavab verə bilər

Rusiya ölkədəki ABŞ diplomatik personalının sayını daha 150 nəfər azalda bilər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Georgi Borisenko danışıb.
Borisenkonun sözlərinə görə, rəsmi Moskva ölkədəki ABŞ diplomatlarının sayının 300 və daha aza endirilməsi imkanlarını nəzərdən keçirir.
“Əgər onlar bu şəkildə davranırlarsa, demək, bizim də analoji şəkildə davranmaq haqqımızın olduğu ilə razılaşırlar. Tədbirlərə gəldikdə isə biz hələ onları nəzərdən keçiririk. Əgər tələb olunursa, mütləq həmin addımlar atılacaq”, - Borisenko deyib.
Qeyd edək ki, iyul ayının sonlarında Rusiya ölkədəki ABŞ diplomatlarının sayının 755-dən 455-ə qədər azaldılması barədə qərar vermişdi.