Boris Yeltsinin limuzini satıldı

Rusiyanın ilk prezidenti Boris Yeltsinin “Mersedes-Benz S-klass Trasko Bremen” markalı zirehli limuzini Sankt-Peterburqda 19,7 milyon rubla (332 min 930 ABŞ dolları) satılıb.
 
Boris Yeltsinin rəsmi və şəxsi görüşlərə getdiyi avtomobili adı açıqlanmayan kolleksioner alıb.
Limuzin xüsusi sifariş əsasında hazırlanıb.
Bundan az müddət öncə Yeltsinin istifadə etdiyi “Mersedes-Benz S-klass III (W140)” 33 milyon rubla (557 min 700 dollar) satılmışdı.