Boris Conson həyatını xilas etmiş həkimlərin adını oğluna verdi - FOTO

Baxış sayı:
4147

Böyük Britaniyanın hökumət başçısı Boris Conson intensiv terapiya dövründə özünün həyatını xilas etmiş iki həkimin adlarını bir neçə gün əvvəl dünyaya gələn oğluna verib.

Bu barədə baş nazirin xanımı Kerri Simonds özünün “Instagram”dakı səhifəsində bildirib.

"Sizə 29 aprel 2020-ci ildə səhər saat doqquzda doğulmuş Uilfred Louri Nikolas Consonu təqdim edirəm” - Simonds yazıb: “Uilfred adı baba Borisin şərəfinə, Louri - mənim babamın şərəfinə, Nikolas adı isə ötən ay Borisin həyatını xilas etmiş həkimlər Nik Praysın və Nik Xartanın şərəfinə adlandırılıb".

Kerri Simonds

 

Britaniya Nazirlər Kabinetinin başçısı övladının dünyaya gəlməsindən sonra uşağa qulluqla əlaqədar məzuniyyət götürmək niyyətindədir. Qeyd edək ki, baş nazirin əvvəlki nikahdan da dörd övladı var.

Boris Conson koronavirusdan müalicə edildikdən sonra aprelin 27-də yenidən vəzifəsinin icrasına başlayıb.