Borçalının qubernatoru istefaya getdi

Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili istefaya gedib.
Xizanaşvili istefa ərizəsini öz istəyi ilə yazıb. Buna səbəb ona başqa vəzifənin həvalə olunmasıdır. Lakin hələlik məhz hansı vəzifənin eks-qubernatora verildiyi bildirilmir.
Qeyd edək ki, Xizanaşvili 2014-cü ildən Kvemo-Kartlinin qubernatorudur.