​Bonuççi "Real"dan imtina etdi

Baxış sayı:
16378

"Yuventus"un müdafiəçisi Leonardo Bonuççi "Milan"dan Turinə qayıtdıqdan sonra "Real"dan təklif aldığını deyib.
Muxaifet.az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu təklifi geri çevirdiyini bildirib. "Madrid klubunun transfer siyahısında olmaq qürurvericidir. Lakin mən "Milan"dan ayrıldım ki, "Yuventus"a qayıdım. İtaliya futbolu inkişafdadır. Son zamanlar bu daha çox hiss olunur. "Qoca senyora" liderliyini davam etdirir. "Napoli" ilə 13 xal fərqimiz var. Fərq böyük deyil. Arxayın olmaq olmaz. Əvvəllər "Milan", "Napoli", "İnter" kimi klubları rahat şəkildə məğlub edirdik. İndi vəziyyət dəyişib. Bütün klublar müqavimət göstərə bilir",- müdafiəçi bildirib.
Bonuççi 2010-2017-ci illərdə "Yuventus"un formasını geyinib. Sonradan "Milan"a keçib. Ötən ilin yayında yenidən Turinə dönüb.