Bomba yüklü təyyarə quş sürüsünə çırpıldı və sonra… - VİDEO

Baxış sayı:
4996

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus “SUPECET Jaguar” tipli döyüş təyyarəsi havaya qalxdıqdan bir neçəyə saniyə sonra quş sürüsünə çırpılıb.

DHA xəbər verir ki, hadisə Ludhiana şəhərinin yaxınlığında Ambala bölgəsində hərbi bazalardan birində baş verib.
 
Hadisə nəticəsində təyyarənin mühərriklərindən biri dayanıb. Pilot ehtiyat yanacaq çənlərini və təlim üçün yüklənmiş bombaları uçuş zolağına buraxmaq məcburriyətində qalıb.
 
Məsələ ilə bağlı Hindistan Hərbi Hava Qüvvələrindən açıqlama verilib ki, xəsarət alan olmayıb:
 
“Pilotun professionallığı və sürətli düşünməsi səbəbindən təyyarə partlamaqdan xilas olunub və bölgədəki sivil sakinlərin zərər görməsinin də qarşısı alınıb”./olke.az