BOMBA HƏYƏCANI - İcra Hakimiyyətinin binası boşaldıldı

Rusiyanın Yekaterinburq şəhərində İcra Hakimiyyətinin binasındakı insanlar evakuasiya olunublar.
“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə rəsmi nümayəndəsi Valeriy Qorelıh bildirib.
“Bu gün Sverdlovski vilayətində hüquq-mühafizə orqanlarına Yekaterinburqda yerləşən müxtəlif müəssisələrə bomba qoyulması ilə bağlı bir neçə anonim zəng daxil olub”, - deyə Valeriy Qorelıh qeyd edib.
Onun sözlərinə görə, hazırda bütün zənglər araşdırılır.