Boltonun ziddiyətli şəxsiyyəti haqda mülahizələr.. Türkiyədən qayıdandan sonra işsiz qala bilər

Baxış sayı:
256

Serdar Turgut - Habertürk
 
Con Bolton Trampın seçilməsiylə birlikdə uzun bir fasilədən sonra yenidən ortaya çıxmışdı. Bir ara onun Xarici İşlər Nazirliyinə gətirilməsi də düşünüldü.
 
O, Vaşinqtonda göstərdiyi fövqəladə davranış və təcavüzkar münasibətlərinə görə, bir çox ciddi insanları təəccübləndirir.
Tramp dönəmində belə o, qəribə şəxsiyyəti və münasibəti ilə ətrafını narahat edə bilir.
O, xarici siyasətdə və milli təhlükəsizlik məsələlərində ən sərt münasibət göstərdiyi təqdirdə ön plana çıxacağını düşünür ki, faşizmə yaxınlaşanların düşünmədiyi bütün hədsiz təkliflər məhz ondan gəlir.
 
TÜRKİYƏ DÜŞMƏNİ
 
İslamofobiyası çox yüksəkdir.
Prezident Ərdoğanı sevmədiyini heç vaxt gizlətməmişdir.
Ərdoğanın liderliyindəki Türkiyəyə həmişə düşmən duyğularla yaxınlaşdı.
 
İHVANA QARŞI ƏMƏLİYYAT DÜŞÜNCƏSİ
 
Müsəlman Qardaşlarının qlobal terror təşkilatı elan edilməsi fikri doğuldu və bunun üçün hazırlıq edildi. Bunu edə bildiyi təqdirdə Türkiyəni də hədəfinə qoymağı düşünürdü. Özü kimi Evangelist-Sionist olan Türkiyə düşməni Foundation For the Development of Democracies (FDD) vəqfi ilə birlikdə hərəkət edib, bu Türkiyə düşmənləri ilə birlikdə yol almağa çalışır.
 
Vaşinqtondan belə çox sevilmir
 
Bolton Vaşinqtonda hərəkət və davranışlarıyla nüfuzunu itirmiş, təklənmiş bir adamdır. Onu sevənlərin az olduğunu bildiyi üçün keç kəslə toplantı, yaxud müzakirə keçirmir. O, ekspertdən soruşmadan hər bir məsələni özünün həll edə biləcəyinə inanır. Ən yaxınında olmalı olduğu prezident belə onu dinləmir. Belə ki, Bolton, "Daha uzun müddət Suriyadayıq" deyə açıqlamasından dərhal sonra Tramp Suriyadan çəkilmə qərarını açıqladı və Vaşinqtonda Boltonu rəzil etdi.
 
"GET VƏ ÖZ GÖZÜNLƏ GÖR TÜRKİYƏNİ" TƏLİMATI
 
Sonra da Tramp, "O qədər əleyhinə danışdığın Türkiyəyə bir get və əleyhinə danışdığın məsələlər haqqındakı gerçəkləri gör" deyər kimi ani təlimatını verdi və xüsusilə onu seçib göndərdi.
Xeyli çaşmış şəkildə səyahətinə çıxan Bolton, Evangelist olduğundan İsraildə duygulanmış olmalı ki, daha da çaşdı və Ankarada acı sözlər eşitməyə səbəb olacaq şəkildə sərsəmləmə etdi və nəticədə prezident Ərdoğanın çox haqlı 'mən onu niyə qəbul edim ki' mövqeyi ilə qarşılaşdı.
Bolton indi öz adı xatırlanacaq uzun müddətli diplomatik bir qalmaqal yaşayır.
Və karyerasının bitəcəyini bilir.
Əgər gözlənildiyi kimi prezident Ərdoğan bu qısa müddət içində prezident Tramp ilə danışsa, Boltonun karyerasının çox uzun davamlı olacağı da şübhəylə qarşılanır Vaşinqtonda.
Xülasə, Ankaradan dönərkən işsiz qala bilər.
Hazırladı: Müxalifət.az