Boltonun Ərdoğanı “yaralayan” o sözü unudulmadı!

Baxış sayı:
5164

Haber7.com – Taha Dağlı
 
 İllərdir prezident Ərdoğanı hədəf alan, verdiyi mesajlarla kinini açıqca üzə vuran Con Bolton, son olaraq Türkiyənin Suriyaya edəcəyi əməliyyatla bağlı həddini aşaraq həyasız ifadələr işlətmişdi. Bu gün(dünən) isə Ərdoğanla görüşmək istəyən, ancaq müsbət cavab almayan Bolton ölkəsinə qayıtdı.
 
Prezident Ərdoğanın görüşü rədd etdiyi ABŞ Milli Təhlükəsizlik müşaviri Con Boltonun keçmişi qalmaqal açıqlamalarla doludur. 15 iyul axşamı Türkiyədəki çevrilişi dəstəkləmiş, Afrində PKK terror təşkilatına əməliyyat keçiriləndə sərt reaksiya göstərmişdi.
 
15 İYULDA ÇEVRİLİŞ UĞURLU OLMALIDIR DEMİŞDİ
 
 Con Bolton 15 iyulda Türkiyədə dövlət çevrilişi cəhdinin olduğu saatlarda daimi şərhçisi olduğu Amerikan “Fox” televiziyasının canlı yayımının qonağı olmuşdu.
 Açıqca çevrişi tətikləyərək "Çevriliş uğurlu olsa, Ərdoğanın Osmanlını geri gətirmək planları suya düşər" - demişdi.
 "Əks təqdirdə Türkiyə Yaxın Şərqin dominant qüvvəsi olacaq" - deyə, yanıb, yaxılmışdı.
"Qəlbimdə Ərdoğan üçün mərhəmət yoxdur, məğlub olsa, tək bir göz yaşı tökmərəm. Onun ABŞ-ın dostu olduğuna inanmıram” demişdi.
Qanlı çevriliş cəhdi yatırıldıqdan sonra Con Bolton Türkiyə üçün yenə qalmaqal bir ifadə işlətmiş, "totalitar İslamçı diktatura" demişdi.
 
 TÜRK ƏSGƏRİ AFRİNƏ GİRƏNDƏ PKK-PYD ETİRAFI GƏLMİŞDİ
 
Bolton 23 martda Afrindəki PKK terrorçularına qarşı “Zeytun Budağı” hərəkatının davam etdiyi prosesdə yenə “Fox” televiziyasında canlı yayımda çıxış etmişdi.
“Zeytun Budağı” hərəkatının əlyhinə çıxırdı.
 PKK terror təşkilatı üçün bu gün "Suriyadakı kürdlər" deyən Bolton o gün də eyni ifadəni işlətmişdi.
Amma canlı yayım zamanı silah verdikləri PYD-lilərin PKK ilə əlaqə içərisində olduqlarını da etiraf etmiş, "İŞİD-a qalib gəlmək üçün kürdləri dəstəklədik, amma kifayət qədər nəzərə almadığımız bir şey var ki, o da bizim dəstəklədiyimiz kürdlərin Türkiyənin illərdir mübarizə etdiyi Marksist bir qrupun müttəfiqi olmasıdır" demişdi.
Bolton Marksist bir qrup olaraq xarakterizə etdiyi PKK terror təşkilatı üçün "bizim dəstəklədiyimiz PYD-nin müttəfiqidir" ifadəsini işlətmişdi.
 
BOLTONUN QUYRUQ ACISI 1 MART 2003-ə ƏSASLANIR
 
 Amerikalı müşavir Con Bolton müşavirlik vəzifəsi ərəfəsində ABŞ-ın BMT-dəki səfirliyini icra etdiyi dövrdə də bir neçə dəfə Türkiyəni, xüsusilə də prezident Ərdoğanı hədəf alan bəyanatlar vermişdi. Amma o açıqlamaların bir ilki də var. O da 1 mart 2003-ə aiddir.
 O dövrdə ABŞ XİN-də çalışan Bolton TBMM-dən İraq qərarına dəstək çıxmayınca "Ərdoğan bütün səylərimizi sabotaj edir" demişdi.
 
BAŞINDAKI KİPAYLA NETANYAHUNUN YANINA YARAŞIR
 
Amerikalı müşavir Bolton Ankaradan əvvəl İsrailin baş naziri Netanyahunun yanında idi. Başına kipa taxıb, sionistlərlə ağlama divarında ayin etmişdi.
Netanyahuyla birgə Suriyadan çəkilmək üçün Türkiyəyə "PKK-lıların can təhlükəsizliyini təmin edin" şərtini açıqlamışdı. Sionist və neo-con kimi tanınan Con Bolton bütün bunlardan sonra Ankara səfərində prezident Ərdoğanla da görüşmək istəmiş, ancaq Ərdoğan o tələbi rədd etmişdi.
 
ABŞ MEDİASINDA İSTEHZA MÖVZUSU OLUB
 
 Amerikalı jurnalistlər Ərdoğan tərəfindən rədd edilən Bolton üçün "Ərdoğan Boltonu acıladı, amma kübar bir şəkildə" - deyə şərh ediblər.
“Bloomberg”-in Ağ Evdəki baş müxbiri Jennifer Jacobs, "Ərdoğan Boltonu acıladı, amma kübar bir şəkildə, görüş zamanı İbrahim Kalına zəng edən Ərdoğan onların müzakirələrində iştirak etməyəcəklərini deyib, salamlarını göndərib" - deyə twit atıb.
Hazırladı: Müxalifət.az