“Boltonun liderliyində ABŞ fəlakətin arxasınca qaçır” – ABŞ aktivisti Çomski

Baxış sayı:
9130

ABŞ-lı aktivist və dilçi alim Noam Çomsky Tramp rəhbərliyinin Con Bolton liderliyində fəlakət arxasınca qaçdığını söyləyib. Dünya nizamının təhdid altında olduğunu ifadə edən Çomsky, "İş işdən keçmədən əvvəl İranla müharibəni dayandırmalıyıq" deyib. ABŞ-lı aktivist və dilçi alim Noam Çomsky Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton öndərliyindəki Tramp rəhbərliyinin ABŞ-ın suverenliyini qorumaq üçün fəlakət arxasınca qaçdığını qələmə alıb. Dünya nizamının təhdid altında olduğunu yazan Çomsky, "İş işdən keçmədən əvvəl İranla müharibəni dayandırmalıyıq" deyə qeyd edib. "HÜCUM ÜÇÜN BƏHANƏ UYDURMAQ ASANDIR" Çikago mərkəzli aylıq siyasi xəbər və görüş jurnalı “In These Times” üçün qələmə aldığı məqaləsində, "Tramp rəhbərliyinin İranın pislikləri haqqında hekayələr uydurduğunu" və "hücum üçün bəhanə uydurmanın asan olduğunu" yazıb. "DÜNYA SÜLHÜNƏ ƏN BÖYÜK TƏHDİD OLARAQ ABŞ GÖRÜLÜR" İranın ABŞ-da "dünya barışı üçün ən böyük təhdid" olaraq təsvir edildiyini izah edən Çomsky, bunları qeyd edib: "Halbuki dünya ümumilikdə dünya barışına ən böyük təhdid olaraq ABŞ-ı görür. Ancaq Amerikan xalqı bu istənməyən xəbərlərdən ‘Azad Mətbuat' tərəfindən qorunur". Müxalifət.az