Boltonun açıq təhdidinə İrandan cavab geçikmədi

Baxış sayı:
2020

İranın xarici işlər naziri Cavad Zərif Twitter hesabından bölüşdüyü mesajda, ABŞ prezidenti Donald Trampın və təhlükəsizlik məsləhətçisi Con Boltonun 40-ci ildönümünü bayram edən İran hakimiyyətinə yönəlik ittihamlarına cavab verib.
 
 ABŞ-ın 40 ildir yürütdüyü siyasətin uğursuzluqla nəticələndiyini qeyd edən Zərif, bu ifadələri işlədib:
“İranlıların heç vaxt təslim olmayacağını qəbul edin. ABŞ siyasəti reallıqdan çox uzaqdır. İranı qan və sərvət yolu ilə stabilliyi pozmaq istədiyiniz 40 illik fəaliyyət uğursuzluğa düçar oldu. Donald Trampın 40 illik yanlış seimlərdən sonra ABŞ-ın uğursuz siyasətlərini nəzərdən keçirmək vaxtı gəlib".
Qeyd edək ki, ABŞ prezidenti Tramp 40-ci ildönümünü bayram edən İran rəhbərliyinə qarşı Twitter-də bölüşdüyü mesajda, "İrandakı rejim yalnız 40 illik bir uğursuzluq ortaya qoydu. İran xalqı daha parlaq bir gələcəyi haqq edir" deyə qeyd etmişdi.
 Ağ Ev milli təhlükəsizlik məsləhətçisi Con Bolton da Ağ Evin Twitter hesabından paylaşılan video mesajında İran rəhbərliyini açıqdan təhdid etmişdi. İranın Suriya, İraq, Yəmən və Orta Şərqdə "beynəlxalq terrorizmin baş maliyyəçisi olaraq qaldığını" iddia edən Bolton, "Bundan sonra bayram edəcək çoxlu ildönümünüzün qaldığını güman etmirəm" deyə İranı açıqca təhdid etmişdi.
Müxalifət.az