​Boltonla Putinin görüşü ləğv edilə bilərmi? - Kreml açıqladı

Baxış sayı:
2752

ABŞ Prezidenti Donald Trampın 1987-ci il müqaviləsindən çıxacaqları yönündə açıqlamasına baxmayaraq, Con Boltonla Rusiya Prezidenti Vladimir Putinin görüşü ləğv edilməyəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.
“Bu toplantı baş tutacaq. Hazırlıqlar aparılır”, - deyə sözçü bildirib.
Qeyd edək ki, Trampın müşaviri C.Bolton hazırda Moskvada səfərdədir.