Boltondan Maduroya “oğru” etiketi

Baxış sayı:
5152

Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Bolton Twitter hesabında Venesuela ilə bağlı mesaj verib.
 
Bolton açıqlamasında, “Bankirlərə, birjadakılara, tacirlərə, vasitəçilərə və digər müəssisələrə tövsiyəm: Maduro mafiyası tərəfindən Venesuela xalqından oğurlanan qızıl, neft və digər məhsullarla iş görməyin. Biz lazımi (bu proseslə bağlı) addımları atmağı davam etdirməyə hazırıq" deyə bildirib.
 Boltonun açıqlamasının Venesuelanın dövlət neft şirkəti PDVSA-ya ABŞ tərəfindən sanksiya tətbiq edilməsindən bir gün sonra gəlməsi diqqət çəkib.
Bolton Twitter-də həmçinin, "PDVSA-ya tətbiq olunun sanksiyalarla ABŞ, Nikaraquanın PDVSA ilə birgə təşəbbüsü və Daniel Ortega-nın korlanmış rejiminin çirkli fondu olan ALBANISA-ya da sanksiya tətbiq edib" deyə qeyd edib.
Müxalifət.az