Bolton: S-400 sistemlərinin alınması ABŞ-Türkiyə münasibətlərində ciddi problemlər yaradır

Baxış sayı:
4420

Vaşinqton əvvəlki kimi Türkiyəni müttəfiq hesab edir, ancaq Rusiyadan S-400 zenit raket sistemlərinin alınması üzrə razılaşmanı ikitərəfli münasibətlərdə ciddi problem hesab edir.
Trend-in məlumatına görə, bunu ABŞ prezidentinin təhlükəsizlik üzrə müşaviri Con Bolton deyib.
"Biz onların S-400 adlı Rusiya istehsalı olan hava hücumundan müdafiə sisteminin almasından narahatıq. Bu böyük problemdir. Bizim Suriyada münaqişəyə dair mübahisəli məsələlərimiz var. Hesab edirəm ki, Donald Tramp Türkiyə ilə münasibətlərin yaxşılaşmasını, ticarətin inkişaf etməsini istəyərdi ki, onlar da bizə Suriyada və regionun digər ölkələrində bəzi problemlərlə kömək etsinlər", - deyə Bolton bildirib.