Bolton Rusiyanın qonşusu ilə Kremlin siyasətini müzakirə etdi

Baxış sayı:
16219

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Danimarka Xarici İşlər naziri Anders Samuelsenlə Vaşinqtonda görüşüb.

Bu məlumatı Bolton öz Tvitter səhifəsində paylaşıb. Məlumata görə, görüşdə əsas müzakirə mövzusu “Şimal axını 2”, Rusiyanın siyasəti, NATO-nun gücləndirilməsi və Arktikada əməkdaşlıq məsələləri olub.

O, Danimarkanın İran məsələsində mövqeyini yüksək dəyərləndirdiklərini bildirib.

Qeyd edək ki, Danimarka “Şimal axını 2” layihəsində əsas ölkələrdən biridir. Belə ki, rəsmi Kopenhagen Moskvanın öz ərazi sularından istifadə edərək qaz kəməri çəkməsinə razılıq verməyən yeganə ölkədir./axar.az