Bolton İranı açıqca hədələdi: Bundan sonra bir daha...

Baxış sayı:
2206

Ağ Ev Milli Təhlükəsizlik məsləhətçisi Con Bolton Ağ Evin Twitter hesabından paylaşılan video mesajında İran rəhbərliyini açıqca təhdid edib.
 
 İranın öz xalqını və bölgəsindəki ölkələri "terror" etdiyini iddia edən Bolton, "İran yer kürəsinin hər yerindəki insanların gözünü qorxutmaq üçün hələ də nüvə silahları əldə etmək həvəsindədir" deyib.
Təxminən 1 dəqiqəlik videoda İranın Suriya, İraq, Yəmən və Orta Şərqdə "beynəlxalq terrorizmin baş maliyyəçisi olaraq qaldığını" iddia edən Bolton, Tehranın məqsədlərinin qəbul edilməz olduğunu bildirib.
 
BUNDAN SONRA BAYRAM EDƏCƏK İLDÖNÜMÜNÜZ QALMAYACAQ
 
 Bolton, “Bəlkə də ən pisi İran xalqı ciddi əziyyət çəkir, işsizlik səviyyəsi rekord səviyyələrdədir, inflyasiya bütün zamanların ən üst səviyyəsindədir və İranın yerli pulu yerlərdə sürünür. Bundan sonra bayram edəcək çoxlu ildönümünüzün qaldığını güman etmirəm" deməklə İranı birbaşa təhdid edib.
Qeyd edək ki, İran əleyhinə radikal fikirləriylə tanınan Bolton, əvvəlki açıqlamalarında da açıq bir şəkildə İran rəhbərliyini təhdid etmiş və bu ölkəyə qarşı bütün variantların masada olduğunu söyləmişdi.
Müxalifət.az