​Bolqarıstanda təyyarə qəzaya uğradı: ölənlər var

Baxış sayı:
11680

Bolqarıstanın Plovdiv şəhəri yaxınlığında kiçik motorlu təyyarə qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, nəticədə iki nəfər həlak olub. Şahidlərin bildirdiyinə görə, təyyarə uçan zaman qanadının biri sınıb.
Hadisənin baş verdiyi yerdə dronların yarışı keçirilirmiş, amma bunun qəza ilə əlaqəsi təsdiqlənməyib.