​Bolqarıstan sığınacaq istəyən FETÖ üzvünü Türkiyəyə təhvil verdi

"Fətullahçı terror təşkilatının (FETÖ) fərarilərindən Abdullah Böyük adlı şəxsin sığınacaq istəyini Bolqarıstan rədd edib". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlıu "Anadolu" agentliyinə müsahibəsində deyib.
"Bolqarıstan hakimiyyəti onun Türkiyəyə verilməsi haqda qərar çıxarıb. Hazırda onu Türkiyəyə gətiririk", - deyə M.Çavuşoğlu vurğulayıb.
Xatırladaq ki, Abdullah Böyük 1948-ci ildə Türkiyənin Sivas əyalətinin Zara bölgəsinin Tuzlagözü kəndində anadan olub. İbtidai təhsilini kənddə, orta və lisey təhsilini isə Sivas və Ərzurumda imamhatib məktəblərində alıb. 1974-cü ildə Konya Ali İslam İnstitutunu bitirib. Bu şəhərdə vaiz və müfti müavini işləyib. 1980-ci ildə hərbçilər tərəfindən həbs edilib. Həbsdən azad edildikdən sonra 1982-2002-ci illərdə müxtəlif xidmət işlərində olub.