​Bolqarıstan qarışdı: “80 türk tankı və 700 hərbçi ölkəyə girdi”

Bolqarıstanda yumoristik yazılar yayımlayan bir sayt türk tankları ilə bağlı zarafat dolu xəbər paylaşıb.
Muxalifet.az xəbər verir ki, sözügedən sayt “Bolqarıstanda keçirilən NATO təliminə qatılan 80 türk tankı və 700 hərbçi ölkədən çıxmaq istəmir” məzmunlu xəbər yayımlayıb. Zarafatyana yazılmış bu yazı digər saytlar tərəfində ciddi qəbul olunub və xəbər tez bir zamanda ölkənin bütün əsas saytlarına yerləşdirilib.
Qısa zaman ərzində yayılan xəbər ölkədə böyük təşvişə səbəb olub. Minlərlə bolqar vətəndaş türk tanklarının ölkədən çıxmasının vacib olduğunu yazıb. Lakin az sonra ölkə rəsmiləri sözügedən xəbərin yalan olduğunu açıqlayıblar.