Boliviyada təkrar seçkilər keçiriləcək

Baxış sayı:
202

 
Boliviya Prezidenti Evo Morales ölkədə baş verən kəskin etiraz aksiyalarından sonra geri addım atıb.
Muxalifet.az xəbər verir ki, ölkə başçısı Boliviyada yeni prezident seçkilərinin keçiriləcəyini açıqlayıb.

Prezident həmçinin Ali Seçki Məhkəməsinin heyətinin tamamilə dəyişdirilməsinə qərar verib. O, xalqı gərginliyi azaltmağa və hər kəsin mənafeyi naminə zorakılığa son qoymağa çağırıb.
Xatırladaq ki, Boliviyada Evo Morales oktyabrın 20-də yenidən prezident seçilib və müxalifət seçki nəticələrini tanımadığını açıqlayıb. Ölkədə həmin gündən etibarən şiddətli qarşıdurmalar yaşanıb. Bəzi ərazilərdə hüquq-mühafizə orqanları əməkdaşları da müxaliflərin cərgəsinə qoşulub.
Muxalifet.az