BÖLGƏDƏ GƏRGİNLİK ARTIR - Hərbi gəmilər gəldi...

Baxış sayı:
6238

ABŞ donanmasına məxsus iki hərbi gəminin Çin və sahil qonşusu ölkələri arasındakı ərazi mübahisələrinə səbəb olan Çənubi Çin dənizinə daxil olduğu bildirilib.

CNN-in verdiyi xəbərə görə, ABŞ-a məxsus “USS Spruance” və “USS Preble” adlı eskadra mina gəmilərinin beynəlxalq ictimaiyyət arasında Spratli kimi tanınan adalar qrupunun yaxınlarında üzdüyü qeyd edilib.

Çinin Xarici İşlər Nazirliyi ABŞ gəmilərinin Cənubi Çin dənizində üzməsi ilə bağlı etirazını bildirib. Bu barədə açıqlamanı fevralın 11-də nazirliyin rəsmi nümayəndəsi Xua Çunyin verib. O, jurnalistlərin qarşısındakı açıqlamasında deyib: “ABŞ hərbi gəmilərinin bu hərəkəti Çinin suverenliyinin tapdalanması, bu hövzənin təhlükəsizliyinə və əmin-amanlığa qarşı təxribatdır”.

Çin 1947-ci ildə nümayiş etdirdiyi xəritədə mübahisəli ərazilərin 80 faizi üzərində haqqı olduğunu iddia eləmişdi. Yeraltı sərvətlər baxımından zəngin ərazilərə başda Filippin olmaqla, Vyetnam, Bruney və Malayziya da iddia edirlər.

Pekin hökuməti Cənubi Çin dənizindəki adalarda baza inşa eləməklə öz iddialarını təmin eləməkdədir. Bölgə ölkələri ilə yanaşı, ABŞ da buna qarşı çıxmaqdadır./Hurriyyet.org