BÖLGƏDƏ GƏRGİNLİK ARTACAQ - ABŞ-dan nəhəng silah sövdələşməsi

Baxış sayı:
5443

ABŞ hökuməti Tayvana 330 milyon dollarlıq hərbi təchizat satışını təsdiqləyib.

Muxalifet.az hurriyyet.org-a istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamada Tayvana “F-16” və digər hərbi təyyarələrlə bağlı 330 milyon dollarlıq ehtiyat hissə satışına icazə verildiyi bildirilib. Açıqlamada satışın Asiyada hərbi balansı dəyişdirmədən Tayvanın özünümüdafiə qabiliyyətini inkişaf etdirəcəyi vurğulanıb.
 
ABŞ Senatının avqustun 1-də qəbul elədiyi 2019-cu il hərbi büdcəsində ABŞ-ın Tayvan ilə birgə hərbi təlimləri genişləndirməsi, hərbi bə hərbi olmayan yüksək səviyyəli münasibətləri gücləndirməsi nəzərdə tutulur.
 
ABŞ “Vahid Çin” siyasəti ilə 1979-cu ildə ayvanın yerinə Çin Xalq Respublikasını “Çini təmsil edən qanuni siyasi quruluş” kimi tanısa da, qeyri-rəsmi şəkildə Tayvanla münasibətlərini davam etdirir. Adanın müdafiəsinə dəstək verən Amerika hər il ona milyardlarla dollar dəyərində silah satır.
 
Çində 1949-cu ildə Mao Tszdının hakimiyyətə gəlməsindən sonra bəzi hökumət üzvləri Tayvana qaçaraq müstəqillik elan eləmiş və “millətçi Çin” adlandırdıqları Tayvanı qurmuşdular. Tayvanın müstəqilliyini qəbul eləməyən Çin bu adanın öz əyaləti olduğunu bildirir.