Bölgədə dramatik vəziyyət: Terrorçuların sayı mülki əhalidən çoxdur

Baxış sayı:
4669

Terror təşkilatı PKK tərəfindən işğal edilən İraq Sincarında daha sonra İranın dəstəklədiyi Haşdi Şabi terrorçularının də əlavə olunması ilə bölgədəki terrorçu sayı mülki əhalinin sayını üstələyib.
 
Terror təşkilatı PKK işğal altında saxladığı ərazilərdə dinc əhaliyə nəfəs almağa imkan vermir.
Ötən aprel ayında terror təşkilatının Sincardan çəkildiyini açıqlayan Sincarın başçısı Mehma Xəlil, PKK və Haşdi Şabinin rəsmi idarənin (IKBY Rəhbərliyi) bölgəyə qayıdışına mane olduğunu deyib.
Xəlil verdiyi açıqlamada, Sincarda PKK-lı terrorçularla yanaşı, minlərlə federal polis və İraqlı silahlı qrup olduğunu bildirərək, "Milis sayı, xalqdan çoxdur, ancaq yenə də şəhəri qoruya bilmirlər. Şəhəri qoruya biləcək yeganə qüvvə Peşmərgədir və buna görə də Peşmərgə gücləri dərhal şəhərə dönməlidir" deyib.
 
ŞƏHƏR İŞĞAL ALTINDADIR
 
Qış şərtlərinin bölgə xalqını çətin vəziyyətə saldığını vurğulayan Xəlil, “Sincara qayıdan 52 mindən çox əhali çox pis şəraitdə yaşamaq məcburiyyətində qalır. Həyatları təhlükədədir. Qış gəldi və onlara hər hansı bir yardım edilmir. Kürdüstandan bölgəyə gedən yollar bağlıdır. Sincar xalqı bir mühasirəylə üz-üzədir" deyə söyləyib. Şəhərdə yerləşən silahlı dəstələri "Şəhəri işğal edən qanunsuz qüvvələr" kimi təqdim edən Sincar başçısı, “Bu qüvvələr təhlükəsizliyi pozduqları kimi, xalqa xidmət göstərilməsinə də mane olur" deyib.
Müxalifət.az