Boksun canlı əfsanəsi Ərdoğanla görüşmək istədi

Baxış sayı:
1156

Türkiyəyə gələndə Prezident Rəcəb Tayyib Ərdoğanı ziyarət etmək və onunla tanış olmaq istəyirəm.
bu sözləri dünya boks tarixinin canlı əfsanəsi Mayk Tayson deyib.
Məlumata görə, boksçu bu sözləri oktyabr ayında Türkiyədə keçiriləcək tədbirdə iştirak üçün ona dəvət göndərən türkiyəli millət vəkili Uğur İşılakın qardaşı Murad İşılaka deyib.