​Boksçu döyüş zamanı aldığı zərbədən öldü - VİDEO

Salvadorlu boksçu Fransisko Ruis həmyerlisi Rikardo Korteslə döyüş zamanı aldığı zədədən dünyasını dəyişib.
Hadisə noyabrın 18-də Salvador Peşəkar Boks Federasiyasının təşkil etdiyi titul uğrunda döyüşdə baş verib.
Qarşılaşmanın 8-ci raundunda aldığı zərbədən nakaut olan F.Ruisin başı yerə çırpılıb. O, dərhal xəstəxanaya çatırılıb və beyin əməliyyatı keçirdikdən sonra komaya düşüb. Lakin onun komandan ayılmaq şansı olmadığı üçün yaxınları aparatdan ayrılmasına qərar veriblər.
Dünya Boks Assosiasiyası F.Ruisin bütün dəfn xərclərini öz üzərinə götürüb(report).