"Boinq" şirkəti qərarını verdi: Say azaldılır

Baxış sayı:
9019

"Boinq" şirkəti 737 Maks-8 (Boeing 737 Max-8) tipli sərnişin təyyarələrinin istehsalını azaltmağa qərar verib.
Muxalifet.az xəbər verir ki, bu barədə şirkətin CEO-su Dennis Muilenburq məlumat yayıb. O, aprel ayının ortalarından etibarən müvvəqqəti olaraq sözügedən sərnişin təyyarələrinin istehsalının hər ay 52-dən 42-yə qədər azaldılacağını bildirib.
Şirkət rəsmisi idarə heyətindən "Boinq" təyyarələrinin dizaynı və təkmilləşdirilməsinə nəzarət edəcək komitə yaradılmasını istədiyini bildirib.
Xatırladaq ki, Efiopiya Hava Yollarına məxsus "Boinq-737" təyyarəsinin qəzaya uğraması nəticəsində 157 nəfər dünyasını dəyişib. 29 oktyabr 2018-ci ildə də İndoneziyada 189 nəfərin ölümünə səbəb "Boinq-737" təyyarəsi olmuşdu.