"Bohtandır, iftiradır, montajdır!" - ƏFLATUN AMAŞOV YAZDI

Baxış sayı:
4255

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov sosial şəbəkədə xüsusi məqalə ilə çıxış edib.

Muxalifet.az həmin məqaləni təqdim edir:

"Özünü Irəvan TV adlandıran birisi status paylaşıb. Guya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İrəvanda keçirilən 52-ci plenar sessiyasında Azərbaycanın bayrağı düzgün qoyulmayıb və mən də onu düzəltməmişəm. Bohtandır, iftiradır, təqdim edilən şəkil montajdır!

Həmin şəxs bilmir ki, mən hansı beynəlxalq tədbirə yollanıramsa, özümlə bir bayraq da götürürəm (Bilmək olmaz, təşkilatçı tərəf bizim bayrağımızı tapmaqda çətinlik çəkə bilər). Hər dəfə iclas salonuna daxil olanda bayrağımızın harada, necə yerləşdiriməsini müşahidə edirəm.

Yeri gələndə onun şəklini də çəkirəm. İrəvanda da belə oldu. Aşağıda təqdim etdiyim 1-ci şəkil iclas başlamamışdan əvvəl çəkilib. Üç rəngli möhtəşəm bayrağımız vuqarla dayanır. 2-ci şəkil QDİƏT Parlament Assambleyasının saytından götürülüb (http://www.pabsec.org/news-details.asp?id=495&hl=en). 3-cü şəkil iclasın gedişində lentə alınıb. Sonuncu şəkil isə montaj ediləndir. Nə deyəsən? Sadəcə pıçıldayıram: ayıb olsun!"

Aflatun Amashov adlı şəxsin şəkli.

Aflatun Amashov adlı şəxsin şəkli.Aflatun Amashov adlı şəxsin şəkli.

Aflatun Amashov adlı şəxsin şəkli.