​BNA xəbərdarlıq etdi: bu yollarda diqqətli olun

Baxış sayı:
2929

Hazırda paytaxtın Heydər Əliyev prospekti ("Koroğlu" metrostansiyasından hava limanı istiqamətində), Ziya Bünyadov prospekti ("Koroğlu" metrostansiyası istiqamətində) Sabunçu-Zabrat yolunda, Bakıxanov, Qaraçuxur qəsəbələrində, Nizami rayonun müəyyən hissəsində duman müşahidə edilir.
Muxalifet.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi bununla bağlı olaraq sürücülərə diqqətli olmalarını tövsiyə edib.