"BMW" və “Mercedes” toqquşub, 5 nəfər xəsarət alıb - SALYANDA

Salyan rayonun Quyçu kəndində yol-nəqliyyat hadisəsi baş verib.
 
Baş Dövlət Yol Polisi İdarəsindən BMW və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan Sumqayıt sakinləri, 1974-cü il təvəllüdlü  Ələkbərova Əmanət Bulud qızı, 1978-ci il təvəllüdlü Hüseynov Zaur Möhlət
Oğlu, Astara sakini, 1987-ci il təvəllüdlü Cabbarov Sadiq İsgəndər oğlu, Cəlilabad sakini,  1953-cü il təvəllüdlü İsmiyev Adil Toppuş oğlu və 1976-cı il təvəllüdlü Tahirov Çingiz Tanrıverdi oğlunun vəziyyəti normaldır.
 Faktla bağlı araşdırma aparılır.