BMW 1 Series elektrik versiyasına sahib olacaq - FOTO

Baxış sayı:
7283

BMW şirkəti 1 Series hetçbekinin ekoloji cəhətdən təmiz versiyasını hazırlamaq niyyətindədir. Bu barədə Auto Express nəşrinə BMW i bölməsinin rəhbəri Robert İrlinger bildirib.

Muxalifet.az autograph.az-a istinadən bildirir ki, BMW 1 Series modelinin elektrik versiyası DYM-li hetçbekdən "bütöv" radiator barmaqlığıŞ orijinal rəng çeşidi və yükləmə qurğusunun girişi ilə seçiləcəkdir. Elektrokar BMW i3 S modelinin güc qurğusuna sahib olacaqdır.

Məlum olduğu kimi, BMW i3 S modeli 184 at qüvvəsi və 270 Nm fırlanma anı hasil edən elektromotor və 33 kVs batareya ilə təchiz edilir. Bu halda elektrikləşdirilmiş 1 Series WLTP dövrünə əsasən 200 km qət etmək şansına malik olacaqdır. Elektrokarın iki mühərrikli tam ötürməli versiyasının buraxılacağı da istisna olunmur.

BMW i bölməsi beş il ərzində 12 elektrokar və 13 qoşulan hibridi buraxmağı planlaşdırır. Yaxın zamanlarda iX3 elektrik krossoverinin və iNext modelinin təqdimatı gözlənilir.