BMT “Venesuela” qərarını dünyaya bəyan etdi

Baxış sayı:
10918

BMT-nin baş katibi Quterres təşkilatın baş qərargahında jurnalistlərə Venesuelada yaşanan böhranı narahatlıqla izlədiyini söyləyib.
 
Əlaqədar ölkələrlə müxtəlif cəhdləri müzakirə etdiyini ifadə edən Guterres,' “BMT Venesuelada tərəflərə böhrana siyasi həll tapılması mövzusunda dəstək təklifinin etibarlılığı üçün heç bir qrupun yanında yer almama qərarı verib'' deyib.
Avropa Birliyi (AB) tərəfindən Venesueladakı böhranla bağlı qurulan Beynəlxalq Təmas Qrupunun ilk toplantısı 7 fevralda Uruguayın paytaxtı Montevideoda keçiriləcək.
Beynəlxalq Təmas Qrupunun üzvləri arasında Fransa, Almaniya, İtaliya, İspaniya, Portuqaliya, İsveç, Ekvador, Kosta Rika, Boliviya və Uruqvay kimi ölkələr var.
Müxalifət.az