BMT, Türkiyə, Rusiya və İran razılaşdı

Baxış sayı:
4576

BMT və Türkiyə-Rusiya-İran Suriya Konstitusiya Komitəsinin ilk iclasının gələn ilin əvvəlində həyata keçirilməsi mövzusunda razılaşıb.
 
Suriyadakı proses haqqında BMT və Türkiyə-Rusiya-İran xarici işlər nazirləri Cenevrədə razılaşma əldə edib.
Suriyanın yeni konstitusiyasını yazacaq komitənin yaradıldığı açıqlanıb. Suriya Konstitusiya Komitəsinin ilk görüşünü 2019-un əvvəlində edəcəyi bildirilib.
 
ÇAVUŞOĞLUDAN AÇIQLAMA!
 
Çavuşoğlu etdiyi açıqlamada, "Konstitusiya komissiyasının yaradılması ilə bağlı mühüm töhfələr verdik. Ortaya qoyulan şəxslərin qiymətləndirməsi də keçirilib. BMT təbii ki, namizəd göstərilən şəxslərlə bağlı müvafiq işləri də bundan sonrakı prosesdə edəcək. Amma bu gün bu məsləhətləşmələrdən sonra mühüm bir mərhələyə gəldiyimizi də deyə bilərik. Onsuz da konstitusiya komissiyası ilə bağlı rejimin və müxalifətin siyahısında bir problem yoxdur. Amma qeyri hökümət təşkilatları ilə bağlı siyahıda təbii ki, fərqli fikirlər ola bilər. Bu məsələdə təminatçı ölkələr və BMT birlikdə çalışırıq" deyə söyləyib.
Çavuşoğlu bu günkü iclasda siyahıdakı şəxslərdən başqa, konstitusiya komissiyasının üsul qaydalarını da müzakirə etdiklərini deyib.
Müxalifət.az