​BMT TŞ-nin təcili toplantısı başladı

Baxış sayı:
1198

Rusiya BMT Təhlükəsizlik Şurasından ABŞ və müttəfiqlərinin beynəlxalq hüquq normalarının pozulması iddiaları ilə bağlı onları qınayan qərar verməyi tələb edib.
Muxalifet.az xəbər verir ki, bu barədə məlumatı sputnik qeyd edib. Məlumata görə, layihədə Suriyaya qarşı təcavüzkar mövqeyə dərhal son verilməsi və gərginliyi artıracaq hər hansı bir hərəkətə yol verilməməsi də qeyd olunub.
Qeyd edək ki, hazırda BMT TŞ-nin iclası keçirilir. İclasda çıxış edən BMT Baş katibi Antonio Quterreş Şuraya üzv ölkələrini Suriyadakı gərginliyi artıran addımlarından çəkinməyə çağırıb.
Rusiyanın BMT-dəki daimi mümayəndəsi Vasili Nebenzya isə ABŞ-ın Suriyadakı hərəkətləri ilə fəlakəti daha da artırdığını və terrorçulara göz yumduğunu söyləyib.