BMT Təhlükəsizlik Şurasından İdlib qərarı!

Baxış sayı:
2557

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, BMT Təhlükəsizlik Şurasının cümə günü İdlib gündəmi ilə toplanacağını açıqlayıb.
 
Birləşmiş Millətlər Təşkilatındakı ABŞ-ın daimi nümayəndəsi Nikki Haley, ABŞ prezidenti Donald Trampın, dünya liderlərinin iştirakı ilə 25 sentyabrda keçiriləcək BMT Təhlükəsizlik Şurasının illik toplantısına sədrlik edəcəyini bildirib.
ABŞ-lı diplomatlar keçiriləcək illik iclasda İran prezidenti Həsən Ruhaninin də iclasda şuraya xitabən bir çıxış etməsini gözlədiklərini ifadə edərkən, Nikki Haley açıqlamasında Suriya və Yəməndə baş verən hadisələrdən ötrü bir daha İranı məsul tutub.
Müxalifət.az