BMT Təhlükəsizlik Şurasında “İdlib” müzakirəsi

Baxış sayı:
4975

BMT Təhlükəsizlik Şurası, (BMT TŞ) Rusiyanın tələbi ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin ilə İran prezidenti Həsən Ruhaninin Tehranda keçirdiyi zirvə görüşünün nəticələrini və İdlibdəki prosesləri müzakirə etmək üçün toplanıb.
 
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Haley, burada etdiyi çıxışında, Rusiya və Əsəd rejiminin İdlibde 100-dən çox hava hücumu təşkil etdiyini qeyd edib.
 Haley, “Rusiya, İran və Əsəd rejimi siyasi həll ilə məşğul olmur. Türkiyə bunu ötən həftə öyrəndi, İdlibdə atəşkəs istədi, amma Rusiya və İran, Türkiyənin bu təklifini qəbul etmədi" deyib.
 
RUSİYA: İRAN VƏ TÜRKİYƏYLƏ, SURİYADAKI TERROR QALIQLARINI TƏMİZLƏMƏKDƏ HƏMFİKİRİK
 
Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vassily Nebenzia da Tehran sammitinin nəticələri haqqında Şuraya məlumat verib.
Nebenzia, İdlibdə on minlərlə Əl Nusra və DEAŞ üzvünün olduğunu ifadə edərək Rusiya, İran və Türkiyənin bütün Suriyada terror qalıqlarını təmizləmə məsələsində həmfikir olduqlarını deyib.
Suriyadakı böhrana siyasi həlldən başqa bir alternativ olmadığını bildirən Nebenzia, “Siyasi həllə qərar verən silahlı müxalifləri təcili olaraq terrorçulardan ayırmağa ehtiyac var və bu çağırış beynəlxalq ictimaiyyətin bütün üzvlərinədir” deyib.
Tehran sammitində Suriyanın yenidən inşa edilməsinin də müzakirə olunduğunu və şərtlərin bu vəziyyət üçün uyğun olduğunu deyən Nebenzia, Suriyada humanitar yardıma, minaların təmizlənməsinə və infrastrukturun yenidən inşa edilməsinə ehtiyac olduğunu, ancaq Qərbin bu məsələdə siyasi şantaj etdiyini ifadə edib.
Suriyalı qaçqınların ölkəyə geri dönüşünün də müzakirə olunan məsələlər arasında yer aldığına diqqəti çəkən Nebenzia, “Suriya hökuməti məlum olduğu kimi, təhlükəsizlik təminatları verib. Suriyalı qaçqınların geri qayıdışı üçün Türkiyə və İran ilə beynəlxalq bir konfrans təşkil olunması üçün çalışırıq” deyib.
Nebenzia, Astana təminatçısı üç ölkənin növbəti görüşünün Rusiyada olacağını sözlərinə əlavə edib.


 
TÜRKİYƏ: BÜTÜN HƏRBİ ƏMƏLİYYATLARA SON VERİLMƏLİDİR
 
Prezident Ərdoğanın Tehranda atəşkəs çağırışı etdiyini xatırladan, Türkiyənin BMT-dəki daimi nümayəndəsi Firudin Sinirlioğlu da, İdlibdə bütün hərbi əməliyyatlara son verilməsi və atəşkəs çağırışını təkrarlayıb.
Sinirlioğlu, “Atəşkəs çağırışımız bütün hərbi əməliyyatları əhatə edir və Türkiyə bu istiqamətdə fəaliyyətini davam etdirəcək. Beynəlxalq ictimaiyyəti də səsli və fəal səylərimizi dəstəkləməyə dəvət edirik” deyib.
Firudin Sinirlioğlu, “İdlibdə hərbi əməliyyatlar heç şübhəsiz insanı fəlakətə səbəb olacaq, qaçqın axını başlayacaq, Türkiyə, Avropa və xaricində böyük təhlükəsizlik riskləri yaradacaq” deyə, xəbərdarlıq edib.
Türkiyənin 3,5 milyonla dünyada ən çox məcburi köçkünə ev sahibliyi edən ölkə olduğunu xatırladan Sinirlioğlu, “Amma onu da etiraf edək ki, uzun müddət əvvəl imkanlarımızın üst sərhədinə çatdıq” deyə, söyləyib.
İdlibdə milyonlarla günahsız insanın həyatının təhlükəyə atılmasına imkan verilməməsinin lazım olduğunu vurğulayan Sinirlioğlu, “Bu beynəlxalq ictimaiyyətin birgə vəzifəsidir. Bu gün İdlibdə bizi həyəcanla izləyənlər terrorçu deyil, 3,5 milyon dinc əhali və bunun 1 milyonu uşaqdır. Onları çox məyus etməməliyik” deyib.
Müxalifət.az