BMT Təhlükəsizlik Şurasına üzv dövlətlərin səfirləri Türkiyə XİN-ə çağırılıb

Baxış sayı:
565

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına üzv olan dövlətlərin Türkiyədəki səfirləri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-in mətbuat katibi Hami Aksoy bildirib.

Nazirlik rəsmisi qeyd edib ki, diplomatların XİN-ə çağırılmasında məqsəd Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı “Barış bulağı” adlı hərbi əməliyyatlar barədə səfirləri məlumatlandırmaqdır.