BMT terroru legitimləşdirir

Baxış sayı:
2725

Taha Dağlı – Haber7
 
BMT-nin PKK-nın davamı olan SDG terror təşkilatı ilə razılaşma imzalamasının əks-sədaları davam edir.
 
PKK terrorçuları Suriyada illərdir uşaqları zorla alaraq terrorçu olaraq yetişdirir.
BMT-nin vəzifəsi terror təşkilatının əsir götürdüyü uşaqları xilas etməkdir.
Amma BMT nə etdi?
Terror təşkilatıyla sözdə rəsmi razılaşma imzaladı.
"Uşaq terrorçuları sərbəst buraxsın" deyə.
Terror təşkilatı nə etdi?
Uşaqları buraxdımı?
Xeyr.
Hətta BMT ilə razılaşma imzaladıqdan bir neçə gün sonra Afrində 14 yaşında daha bir uşağı ailəsindən qoparıb, terror düşərgəsinə apardı.
Xülasə, BMT əsl vəzifəsini icra edə bilmədi, uşaqları qoruya bilmədi.
Üstünə bir də "uşaqları qorumaq" bəhanəsiylə rəsmi xitab etdiyi və razılaşma imzaladığı terror təşkilatını qanuniləşdirmiş oldu.
BMT-nin PKK sevgisi əslində yalnız bu hadisə ilə bağlı deyil.
Türkiyə Afrində PKK terror təşkilatına yönəlik “Zeytun Budağı” hərəkatına başladığı günlərdə də BMT-nin Cenevrədəki Ofisi terrorçulara ev sahibliyi etmişdi.
Dəniz Naki adlı fərari terrorçu başda olmaqla, bir qrup PKK-lı SDG başçısı ilə sözdə rəsmi razılaşma imzalayan BMT-nin Cenevre Ofisinin qarşısında terror çadırı qurmuşlar, Türkiyənin Afrin əməliyyatının dayandırılması üçün BMT-dən kömək istəmişdilər.
BMT-nin terrorçulara olan sevgisi yalnız PKK ilə də məhdud deyil.
Məsələn, ən isti nümunə olan Liviya var önümüzdə.
Liviyada çevrilişçi bir döyüşçü qrup var, MKİ-nin Liviyaya göndərdiyi Xəlifə Hafter adlı şəxs ilə ona bağlı döyüşçülərdir.
Hafter 2014-də Liviyada çevriliş cəhdi etmişdi.
İndi isə Tripoliyə yönəlik hücumlarla yenə çevrilişə cəhd edilir.
Tripolidə milli razılaşma hökuməti var.
Hafter onları devirməyə çalışır.
Kağız üzərində BMT-nin Liviyadakı rəsmi həmsöhbəti Tripoli rəhbərliyidir.
Beynəlxalq legitimliyi BMT tərəfindən verilmiş olan bir rəhbərlikdən bəhs edirik.
Çevrilişçi Hafter bura hücum edərkən BMT nə etdi, bilirsinizmi?
Hafterə rəsmi xitab etdi.
Hafterin hücumları 4 apreldə başlamışdı.
Bir gün sonra BMT baş katibi Antonio Guterres Hafterin 2015-də ölkəni ikiyə bölərək bir çevriliş rəhbərliyi qurduğu Bingaziyə getdi.
BMT baş katibi Bingazidə çevrilişçi Hafterlə rəsmi görüş reallaşdırdı.
Hafterə "hərbi müdaxilədən qaçının, siyasi həll tapın" deyə ağıl verdi.
BMT baş katibi Liviyada ola biləcək bir qarşıdurmaya qarşı Hafteri xəbərdar etmiş oldu.
Yəni onlara görə, BMT-nin etməsi lazım olan bir vəzifəsini yerinə yetirmiş oldu.
Amma bunu edərkən Liviyanı ikiyə bölən, vətəndaşları qətl edən, üstəlik BMT-nin rəsmi olaraq tanıdığı hökuməti yıxmağa çalışan çevrilişçilərlə rəsmi görüş reallaşdırdı.
Yaxşı, BMT baş katibi əlini daşın altına qoyub, sırf Liviyada qan tökülməsin deyə, bir çevrilişçiyə xitab etdi, nə oldu, müvəffəq oldumu?
Xeyr, Hafter hücumlarına fasiləsiz davam etdi.
Liviyada məqsədinə də çatırdı əslində, Türkiyə dövrəyə girdi, BMT-nin və digər bütün Qərbli ölkələrin kağız üzərində Liviyanın qanuni hökuməti olaraq tanıdığı Tripoli milli razılaşma hökumətinin çevrilişlə devrilməsinə imkan vermədi.
Hazırladı: Müxalifət.az