BMT əsgəri qanunsuz silah satdı, ARA QARIŞDI

Baxış sayı:
4885

Mərkəzi Afrika Respublikası, BMT-nin Sülhməramlı Missiyası tərkibində yer alan bir əsgərin qeyri-qanuni yollarla hərbi texnika satdığının ortaya çıxmasından sonra təpkilər artmağa başlayıb.
 
Qeyri-qanuni qruplara silah satan əsgərlərinə laqeyd qaldığı istiqamətində tənqid edilən BMT-yə qarşı adekvat davranışın olmaması ciddi təpkilərə səbəb olub. Mediada yer alan xəbərlər təsdiqləndiyi təqdirdə, BMT-nin sülh missiyasının etibarlılığını itirəcəyi də vurğulanıb.
 
“SÜLH ADDIMLARITƏHLÜKƏDƏ”
 
OCDH-nin ölkədəki təhlükəsizlik vəziyyətini diqqətlə təqib etdiyi bildirilən açıqlamada," Mediada yazıldığı kimi, əgər BMT əsgərlərinin qanunsuz hərbi sursat satdığı doğrudursa, ölkədə sülh üçün atılan addımların qeyri-sağlam getdiyi qənaətini yaradacaq” deyə, bildirilib.
Açıqlamada, beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması üçün BMT-nin araşdırmasının başa çatmasını gözləmək əvəzinə "bu prosesə işıq tutmaq üçün" şəffaf bir beynəlxalq araşdırmanın aparılmasının daha doğru olacağı fikrinə yer verilib.
Digər tərəfdən, OCDH-nin sözügedən tələbinin təsirli olması üçün Bangui Ali Məhkəməsi Respublika Prokurorluğuna ərizə ilə müraciət etdiyi də bildirilib.
Müxalifət.az