BMT Əsəd rejimi və Rusiyanı “müharibə cinayəti”ndə İTTİHAM EDİR

Baxış sayı:
5899

Birləşmiş Millətlər Təşkilatı (BMT), Əsəd rejimi və Rusiyanın, iyul və noyabr aylarında Şərq Gutada kimyəvi silah istifadə etdiyini bildirib.
 
Birləşmiş Millətlər Təşkilatı (BMT) Suriya Araşdırma Komissiyasının bu gün etdiyi açıqlamada, 15 yanvardan əvvəlki 6 ayla bağlı bir hesabat hazırlandığı qeyd olunub.
BMT, Əsəd rejiminin, ötən ilin iyul və noyabr aylarında Şərqi Gutada kimyəvi silah istifadə etdiyini açıqlayıb.
BMT hesabatına görə, Rusiyanın noyabr ayındakı hava hücumunda ən az 84 nəfər ölüb. Müharibə cinayəti ola biləcək hücumun baş verdiyi yer, Hələb yaxınlığındakı Atareb qəsəbəsidir. Bu bölgə Türkiyə, Rusiya və İran tərəfindən “gərginliyi azaltma bölgəsi” elan edilmişdi.
Bu hücumun şüurlu olaraq edildiyinə dair bir dəlil tapılmadığı qeyd edilərkən, ayrı-seçkilik güdmədən bu qədər vətəndaşın ölümünə səbəb olmanın "müharibə cinayəti” kimi adlandırıla biləcəyi vurğulanıb. Bu bəyanatla komissiya, ilk dəfə açıq şəkildə Rusiyanın müharibə cinayəti törətmiş ola biləcəyini ifadə etmiş oldu.
Müxalifət.az