BMT nümayəndəsindən İsrailə təpki

Baxış sayı:
1846

BMT-nin Orta Şərq Sülh Prosesi Üzrə Xüsusi Koordinatoru Mladenov, İsrailin Qəzzadakı dinc mitinqlər zamanı iki uşağı öldürməsinə təpki göstərib.
 
Nikolay Mladenov Twitter hesabından verdiyi açıqlamada, "Qəzzada cümə günü iki uşağın İsrail gülləsi ilə öldürülməsi qarşısında dəhşətə gəldim" deyib.
 Uşaqların hədəf alınmaması və zərər görməməsinin lazım olduğunu vurğulayan Mladenov, tam əksinə, uşaqların qorunması lazım olduğunu bildirib.
Bu cür hadisələrin dayandırılması üçün çağırış edən Mladenov, ölümcül qüvvə tətbiqinin son çarə olduğunu qeyd edib.
BMT rəsmisi öldürülən uşaqların ailələrinə başsağlığı verib.
Qeyd edək ki, İsrail əsgərlərinin mühasirə altındakı Qəzza Zolağı sərhədində ötən cümə keçirilən "Böyük Qayıdış Yürüşü" aksiyalarına müdaxiləsi nəticəsində 14 yaşlı Həsən İyad Şelebi və 18 yaşlı Həmzə Məhəmməd İştivi şəhid olmuşdu.
Müxalifət.az