BMT-nin yeni Suriya təmsilçisi bəlli oldu

Baxış sayı:
8113

Birləşmiş Millətlər Təşkilatının (BMT) Suriya Üzrə Xüsusi Nümayəndəsi vəzifəsinə Norveçli diplomat Geir O. Pedersen təyin edildi.
 
BMT Baş Katibinin Xidmətindən verilən məlumata görə, BMT-nin baş katibi Antonio Guterres, Suriya Xüsusi Nümayəndəliyi vəzifəsinə 2017-dən bu yana Norveçin Çindəki səfiri olan Geir O. Pederseni təyin edib.
Guterres, Suriyadakı sülh axtarışlarına yönəlik səyləri və bu prosesə töhfələrə görə, BMT-nin Suriya Üzrə Xüsusi Nümayəndəsi Staffan de Misturaya da təşəkkürlərini bildirib. Pedersen, bu vəzifəyə gətirilən 4-ci xüsusi nümayəndə olub.
Müxalifət.az