BMT-nin “Qaçqınkom”unda korrupsiya: FƏLƏSTİNLİLƏRƏ KÖMƏK ÜÇÜN YARADILAN BEYNƏLXALQ QURUM SPONSORSUZ QALA BİLƏR

Baxış sayı:
5605

Devid Mey

“The Hill”, 19.08.2019

Yalnız fələstinlilərə kömək üçün yaradılmış BMT-nin Yardım və İş Agentliyi (UNRWA) bəzi sadiq donorların dəstəyini itirməyə başlayıb. Təşkilatın ən yüksək səviyyələrində geniş yayılmış korrupsiya və sui-istifadə hallarına dair məlumatların ardınca İsveçrə, Hollandiya və Belçika töhfələrini dayandırıb. Bu hərəkət, tam araşdırma ilkin iddiaları təsdiqlədiyi təqdirdə, digər ölkələrin dəstəyinin kəsiləcəyinə siqnal sayıla bilər. Nəhayət, Fələstinlə bağlı israfçı təşkilat çökəcək.

İyul ayının sonlarında mətbuatda dərc edilən UNRWA-nın etik hesabatında “cinsi pozğunluq, qohumbazlıq, qisas, ayrıseçkilik və səlahiyyətlərdən digər sui-istifadə, şəxsi varlanma, yadfikirlilyi təqib etmə” və s. dair şok iddialar yer alıb. BMT müstəntiqləri indi bu ilkin tapıntıları nəzərdən keçirirlər.

Daxili etik hesabatda bildirilib ki, UNRWA baş katibi Pyer Krahenbül romantik səbəblərlə Mariya Muhəmmədi üçün böyük məsləhətçi vəzifəsi yaradıb, onunla birlikdə dünyanın hər yerinə “biznes klass”da uçuşlar edib. Məlumata görə, Krahenbül, Muhəmmədi və başqaları müntəzəm qərar qəbulu kanallarından yan keçib, dözülməz iş mühiti yaradıblar.

Krahenbül vələ də vəzifəsində qaldığı halda, UNRWA-nın baş komissar müavini və qərargah başçısı istefa veriblər.

Korrupsiya iddiaları ABŞ-ın UNRWA-ya illik 360 milyon $-lıq töhfəsini dayandırmasından bir il sonra peyda olub. Bu məbləğ agentliyin 1.2 milyard $-lıq büdcəsinin təxminən dörddə biriydi. Donorluğu dayandırma üçün kifayət qədər səbəb var idi.

İsveçrənin xarici işlər naziri İqnazio Kassisin xəbərdarlıq etdiyi kimi, UNRWA milyonlarla fələstinlini daimi qaçqın vəziyyətinə gətirərək İsrail-Fələstin qarşıdurmasını daha da gücləndirir. Avropa liderləri, ənənəvi olaraq, bu cür tənqidlərdən yan qaçır, amma mövcud araşdırmalar onların UNRWA-nın ciddi qüsurlarına gözünü açır.

UNRWA-nın fələstinli qaçqın problemini pisləşdirməsinin bir yolu əsl fələstinli qaçqınların sonrakı nəsillərinə əbədi olaraq qaçqın statusunu miras verməsidir. Əlbəttə, qaçqınların sayının artması UNRWA üçün iş və ianələrin həcmini artırır. Üstəlik UNRWA Fələstinin inkişafı və köçə əngəldir.

İlkin qaçqın əhalisi 700 min civarında olduğu halda, hazırda UNRWA 5.4 milyondan çox fələstinli üçün məsuliyyət daşıyır. İsrailin müstəqillik uğrunda müharibəsi zamanı evlərini 30 minə yaxın şəxs tərk edib. Buna baxmayaraq, UNRWA İsrailə, hətta gələcəkdə Fələstin dövlətinin bir hissəsi olacaq Qəzzada və Qərb Sahildə yaşayanlara 5.4 milyon qaçqının qayıdış hüququnu təbliğ edir. Bu cür geri dönüş yəhudiləri dünyanın yeganə yəhudi dövlətində azlığa çevirəcək. UNRWA məktəbləri, dərsliklər və müəllimlərin tez-tez şəhidliyi, zorakılığı, İsrailin demonizasiyasını və dini fanatizmini təbliğ etdiyini nəzərə alsaq, bu, xüsusilə qorxunc görünür.

Bundan əlavə, BMT-nin fələstinli qaçqınlara yönəlmiş diqqəti dünyanın ümumən 71 milyon məcburi köçkünü hesabınadır. UNRWA qaçqın başına təxminən iki dəfə çox pul xərcləyir və 30 min işçisi var. Halbuki BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) bütün digər məcburi köçkünlərlə əlaqəli olan 16,800 nəfər əməkdaşı mövcuddur. Təəssüf ki, UNHCR adekvat maliyyəni təmin etmək üçün mübarizə aparır.

BMT Baş Assambleyası UNRWA-nın səlahiyyətlərini hər üç ildən bir yeniləyir və bu ilin noyabr ayında bu, yenidən təkrarlanacaq. Bəlkə də UNRWA-nın ən yaxşı donorları: Avropa Birliyi, Almaniya, İngiltərə və Səudiyyə Ərəbistanı səbrlərinin sona çatdığını açıqlayacaq.

Bunun əvəzinə, UNRWA donorları BMT-ni, dünyadakı bütün digər qaçqınlar kimi, fələstinli qaçqınlarlın problemlərini korrupsiyaya meylsiz olan UNHCR vasitəsilə həll etməyə çağırmalıdır. Bu halda, ehtiyacı olan fələstinlilərə xidmət göstərilməsi davam edəcək və ya daha da yaxşılaşacaqdır. ABŞ, BMT QAK-ın tapşırığı ilə illik 360 milyon $-lıq maliyyəsinin çoxunu və ya hamısını bərpa etməklə, islahatı stimullaşdıra bilər.

Bundan əlavə, prezident Trampın xüsusi nümayəndəsi Ceyson Qrinblattın təklif etdiyi kimi, fələstinliləri qəbul edən yaxın ölkələr UNRWA-nın bir çox məsuliyyətini öz üzərinə götürməlidir.

Bürokratik UNRWA-nın ləğvi və problemin həlli üçün müəyyən edilmiş daha səmərəli qurumlar bütün maraqlı tərəflərə xidmət edəcək. Bu, fələstinlilərin yeni nəslinin düşərgələrdə böyüdüklərini qınamaqdan daha yaxşıdır.

Tərcümə: Strateq.az