​BMT-nin məruzəçisi Qaşıqçının nişanlısı ilə görüşdü

Baxış sayı:
6616

Camal Qaşıqçı cinayəti ilə əlaqədar istintaq çərçivəsində Türkiyədə olan BMT-nin qeyri-məhkəmə edamları üzrə xüsusi məruzəçisi Aqnes Kallamard öldürülən səudiyyəli jurnalistin nişanlısı Xədicə Çingiz ilə görüşüb.
Muxalifet.az xəbər verir ki, görüş İstanbulun Şişli bölgəsindəki hotellərdən birində mətbuata qapalı şəraitdə baş tutub.
Kallamardın X.Çingizlə görüşdən sonra QHT nümayəndələri ilə bir araya gəldiyi deyilib.