​BMT İsrailin 130 şirkətinə xəbərdarlıq etdi - FƏLƏSTİNƏ GÖRƏ

130 İsrail şirkəti BMT-nin qara siyahısına düşə bilər.
Bu barədə informasiyanı “Yediot Ahronot” qəzeti yayıb.
Şirkətlərə BMT-nin İnsan Haqları üzrə ali komissarı Zeyd bin Raad əl Hüseyn tərəfindən xəbərdarlıq olunduğu bildirilir. Bu şirkətlərə Fələstinin işğal olunmuş ərazilərində fəaliyyət apardıqları üçün xəbərdarlıq olunub.
BMT onların Fələstin ərazilərini tərk etməsi üçün dekabra qədər vaxt verib.