BMT İranı etiraz aksiyalarına qarşı təmkinli olmağa çağırdı...-DETALLAR

Baxış sayı:
604

BMT İran mediyasının 3 təhlükəsizlik nümayəndəsinin etirazçılar tərəfindən ölümcül bıçaqlandığını bildirdiyindən sonra, İran hakimiyyətinin “benzin üsyanına” qalxan kütləyə qarşı güc tətbiq etməsinə qarşı bəyanat verib.
Çərşənbə axşamı Cenevrədə jurnalistlərə verdiyi açıqlamalarda, BMT-nin insan hüquqları üzrə ali komissarlığının təmsilçisi Rupert Colville, quruma nümayişlər zamanı onlarla insanın öldüyü barədə məlumat aldığını söylədi. Bildirilən itkilərin səviyyəsini "açıqca çox ciddi" olaraq xarakterizə edən Colville, hakimiyyəti nümayişçilərin ifadə azadlığı və sərbəst toplaşmaq hüquqlarını dəstəkləməyə çağırdı.
O, yarı-rəsmi İSNA xəbər agentliyi Tehran yaxınlığında 3 İran təhlükəsizlik əməkdaşının etirazçılar tərəfindən öldürüldüyünü bildirəndən bir gün sonra açıqlama verdi. Məruzədə aksiyalar zamanı ən az 11 nəfər olmaqla, 5 təhlükəsizlik əməkdaşı, 6 mülki şəxsin öldüyü açıqlanır, Aljazeera bildirir. Üç nəfərdən birinin İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Morteza Ebrahimi olduğu müəyyən edildi. Digər ikisi Məcid Şeyxi və mustafa Rezayi idi. Hər ikisi İran rejiminə sadiq olan könüllülərdən ibarət Basij hərbi dəstəsində qulluq edirmişlər.

Etirazların alovlanması

Nümayişlər hakimiyyət orqanları benzinin qiymətin limit sisteminə keçməsini elan etdikdən və qiymətlərin 50 faiz artırıldığını bildirdikdən sonra cümə günü başladı. Rəsmilər ABŞ sanksiyalarının İran iqtisadiyyatına təsirini əngəlləmək üçün tədbirlər planının bir hissəsi olan dəyişikliklərin ölkənin ən yoxsul vətəndaşlarına nəğd vəsait toplamaq məqsədi daşıdığını söyləyirlər. Lakin iranlıların çoxunun ağır iqtisadi durumla mübarizə aparması dövlətin 3 əsas fiqurunun daxil olduğu Ali İqtisadi Koordinasiya Şurası tərəfindən razılaşdırılan yeni siyasətə qarşı ani etiraz dalğası yaratdı.
Əsas aksiyalar son günlərdə müxtəlif şəhərlərdə sürücülərin maşınlarını yolun ortasında tərk edib yolları bağlamasıyla müşayiət olunur. Bu etiraz nəticəsində sürətlə İranın bankları, yanacaqdoldurma məntəqələri və digər ictimai yerlər dağıdıldı.
Aljazeera müxbiri Dorsa Jabbarinin Tehrandan verdiyi xəbərə görə, “Bu etiraz aksiyaları İranda əvvəl görülənlərdən çox fərqlidir. Hazırki aksiyaları hakimiyyətin “oğru” adlandırdığı insanlar törədir. Məmurların sözlərinə görə, təhlükəsizlik qüvvələri onların qarşısını almaq üçün çalışırlar”.

Sakitçilik bərpa olunur

Deyilənə görə, etirazların həcmi internet bloklandığı üçün hələ tam aydın deyil. Netbloks məlumat verir ki, İrandakı internet bağlantısının sürəti normal səviyyə ilə müqayisədə 4 faizdir. Hökumət çərşənbə axşamı günü yalnız hakimiyyətə qarşı etirazlar zamanı "sui-istifadə edilməyəcəyinə" əmin olarsa internetin yayımının bərpa ediləcəyini söylədi.
“İnternetin sui-istifadə edilməyəcəyinə əmin olduğumuz vilayətlərdə yayım işə düşür. İnsanların çətinliklə üzləşdiyini başa düşürük...amma əsas sabitliyi qorumaqdır”, deyə İSNA-nın təmsilçisi Əli Rabieyi söyləyib.

 İqtisadi çöküş

Şuranın bu addımını dəstəkləyən İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi, etirazçıları "qarətçilər" adlandırdı, əks-inqilabçıları və xarici düşmənləri iğtişaşları qızışdımaqda ittiham etdi.
Ruhani, öz növbəsində, "anarxiya və iğtişaşlara" yol verilməsinin qarşısının alınacağı ilə bağlı xəbərdarlıq etdi və ailələrin, bazar ertəsi günü köçürülən vəsaitdən maddi yardım almağa başlayacaqlarını söylədi.
BVF-nin bildirdiyinə görə, İran iqtisadiyyatı artıq "ağır sıxıntı" içindədir və ABŞ prezidenti Donald Trampın ötən il 2015-ci il nüvə razılaşmasından birtərəfli şəkildə çıxmaq qərarından sonra ABŞ-ın tətbiq etdiyi sanksiyaların ağırlığı altında qaldığı üçün bu il müqavilələri 9,5 faizlə bağladı.
Müqavilə Tehranın nüvə proqramından geri çəkilməsi müqabilində sanksiyalrın yüngülləşdirilməsini nəzərdə tutur. İqtisadi geriləmənin davam etməsi nəticəsində iş yerləri çox azalıb, çörək və düyü kimi ərzaqların qiyməti 40 faizdən çox qalxıb.
Şükürova Ülviyyə,
Muxalifet.az

https://aljazeera/