BMT-dən yeni “Camal Qaşıqçı” açıqlaması

Baxış sayı:
5308

Səudiyyə jurnalisti Camal Qaşıqçı cinayətini araşdıran BMT Xüsusi Məruzəçisi Agnes Callamard "BMT Qaşıqçı cinayəti ilə bağlı edilməsi lazım olanlar mövzusunda iflic olmuş vəziyyətdədir" deyib.
 
Callamard cinayətin iddia edildiyi kimi, "fərdi və xüsusi" səbəblər deyil, əksinə Səudiyyə Ərəbistanı rəhbərliyinin şəxsən məlumatı və təlimatı istiqamətində işləndiyini, bu istiqamətdə bir çox dəlilin mövcud olduğunu söyləyib.
Cinayətin ən az 48 saat əvvəldən planlandığını, cinayəti işləyən Səudiyyə səlahiyyətlilərin isə ölkələrindən təqdim edilən qaynaqlarla Türkiyəyə gəldiyini ifadə edərək "Türkiyəyə xüsusi reaktivlə gəlib, diplomatik pasportla girdilər. Cinayəti işlədikləri kimi, bütün dəlilləri yox etməyə çalışdılar" deyə söyləyib.
 
"SƏUDİYYƏ RƏHBƏRLİYİNƏ FOKUSLANMAQ DAHA ƏHƏMİYYƏTLİDİR"
 
Callamard Səudiyyə vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın cinayətlə birbaşa əlaqəsinə dair dəlillərin olduğunu, lakin cinayətə yönəlik Səudiyyə rəhbərliyinin hamısına fokuslanmanın daha əhəmiyyətli olduğunu vurğulayaraq bunları söyləyib:
"Səudiyyə vəliəhd şahzadəsinin cinayətlə birbaşa əlaqəsi var, amma hesabatda yalnız buna fokuslanmadım. Əsas mövzu fərdlərdən daha çox Səudiyyə hökumətinin bunun arxasında olmasıdır. Ölkədəki siyasi və aktivistlərin həbsini göz qarşısında tutduğumuzda bu daha əhəmiyyətlidir".
 
Bin Salmanın cinayətdəki rolu ilə bağlı bir suala Callamard, bunu göz ardı etmədiyini və ona birbaşa bir sanksiya tətbiq olunması lazım olduğunu ifadə edib.
 
"BMT İFLİC OLMUŞ VƏZİYYƏTDƏDİR"
 
BMT də daxil olmaqla, bir çox ölkənin söz mövzusu cinayətə kifayət qədər əhəmiyyət vermədiyini dilə gətirən Callamard, belə davam edib:
"BMT cinayətlə bağlı edilməsi lazım olanlar mövzusunda iflic olmuş vəziyyətdədir. Hesabatı təqdim etdiyim zamanlarda İran ilə olan gərginlik başladı. Qaşıqçı cinayətinin üstünə gedilməsi çətinləşdi. Bir çox ölkə cinayətə dair heç bir şey etmədi və heç yaşanmamış kimi yoluna davam etmək istədi. Bu cinayət heç bir yerə getməyəcək. Jurnalistlər, fərdlər və mən bunun arxasını buraxmayacağıq. Səudiyyə rəhbərliyinin bundan xilas olmasına icazə verə bilmərik".
Müxalifət.az