BMT-dən Türkiyə, Rusiya və İrana çağırış!

Baxış sayı:
4822

BMT-nin baş katibi Guterres, Türkiyə, Rusiya və İrana İdlibdə müharibənin qarşısını alma və vətəndaşların qorunması üçün heç bir səyi boşa çıxarmama çağırışı edib.
 
Guterres, BMT baş qərargahında jurnalistlərə açıqlamasında, İdlibdə çox şeyin təhlükədə olduğunu bildirərək, qana bulaşmış Suriyada geniş miqyaslı bir müharibənin baş verdiyi təqdirdə daha əvvəl heç görülməmiş bir insanı fəlakətin baş verəcəyi xəbərdarlığını edib.
 
HƏYATLARI ALT-ÜST OLDU VƏ GEDƏCƏK HEÇ BİR YERLƏRİ YOXDUR
 
İdlibdə yaşayan təxminən 3 milyon insanın yarısının daha əvvəl yerlərindən edildiyini xatırladan Guterres, “Həyatları alt-üst oldu və gedəcək heç bir yerləri yoxdur” deyib.
Guterres, İdlibin Suriyadakı son görginliyi azaltma bölgəsi olduğunu və qan gölünə dönüşməməsinin lazım olduğunu vurğulayıb.
 
BEYNƏLXALQ ÖHDƏLİKLƏR UNUDULMAMALIDIR
 
İdlibdəki mövcud vəziyyətin davam etməsinin mümkün olmadığını və terrorçuların varlığına da imkan verilməyəcəyini deyən Guterres, terrorla mübarizə edərkən beynəlxalq öhdəliklərin də unudulmaması lazım olduğunun vurğulayıb.
 
TÜRKİYƏ, RUSİYA VƏ İRANA ÇAĞIRIŞ
 
Birbaşa və dolayı bütün tərəflərə açıq bir müraciət etdiyini bildirən Guterres, xüsusilə Türkiyə, Rusiya və İrana İdlibdə müharibənin qarşısını alma və əhalinin qorunması üçün heç bir səyi boşa çıxarmama çağırışı edib.
Suriyada böhranın siyasi cəhətdən həll olması mesajını hər fürsətdə təkrar edəcəyini bildirən Guterres, “Kifayət qədər əzab çəkmiş bu insanları qorumaq məsuliyyətimizdir” deyə, söyləyib.
Müxalifət.az